"Real" rəqibini darmadağın etdi, "Barselona"ya gözdağı verdi!

Dünən axşam futbol üzrə İspaniya La Liqasında 6-cı turun qarşılaşmaları keçirilib. Siasport.az saytı xəbər verir ki, Madrid "Real"ı "Deportivo"ni 5:1 hesabı ilə darmadağın edib. Arda Turanın komandası olan "Atletiko" isə səfərdə "Espanyol"dan 1:0 hesabı ilə üstün olub. "Barselona" çətin "Seviliya" səfərindən 3:2 hesablı qələbə ilə ayrılıb. Tura bu axşam keçiriləcək "Qetafe" - "Malyorka" matçı ilə yekun vurulacaq.

"Valensiya" - "Saraqoza" - 2:0
Qollar:
Feghouli, 12 (1:0), Vieyra, 59 (2:0)

"Malaqa" - "Betis" - 4:0
Qollar:
Xuakin, 13 (1:0), Saviola, 28 (2:0), Amaya, 72-avtoqol (3:0), İsko, 74 (4:0)

"Real" (Sosyedad) - "Atletik" (Bilbao) - 2:0
Qollar:
Qriezman, 62 (1:0), Vela, 72-pen (2:0)

"Sevilya" - "Barselona" - 2:3
Qollar:
Traxovski, 26 (1:0), Neqredo, 28 (2:0), Fabreqas, 53 (2:1), 89 (2:2), David Vilya, 90+2 (2:3)


30 sentyabr

"Qranada" - "Selta viqo" - 2:1
Qollar:
Siqueyra, 11-pen (1:0), Torye, 17 (2:0), Aspas, 20 (2:1)

"Valyadolid" - "Rayo Valyekano" - 6:1
Qollar:
Dominqez, 5 (0:1), Bueno, 10 (1:1), Manuço, 13 (2:1), 86 (6:1), Qonzales, 21 (3:1), 56 (5:1), Rukavina, 37 (4:1)

"Osasuna" - "Levante" - 4:0
Qollar:
Emiliano, 55 (1:0), Lamah, 82 (2:0), Kopovi, 89-pen (3:0), Nino, 90 (4:0)

"Real" (Madrid) - "Deportivo" - 5:1
Qollar:
Riki, 16 (0:1), Ronaldo, 23-pen (1:1), 44 (3:1), 84-pen (5:1), Di Mariya, 38 (2:1), Pepe, 66 (4:1)

"Espanyol" - "Atletiko" (Madrid) - 0:1
Qol:
Qarsiya, 30 (0:1)

Bütün xəbərlər Facebook səhifəmizdə