Masallı rayonunda 56 yaşlı Mahmudağa Mahmudovu yaşadığı evin həyətində qardaşının nəvəsi, 20 yaşlı Oktay Mahmudov bıçaqlayıb. Siasport.az saytının məlumatına görə, o, aldığı xəsarətdən dünyasını dəyişib. Qətlə onlar arasında yaranan mübahisə səbəb olub.
Araşdırmalar zamanı müəyyən edilib ki, Oktay Mahmudov futbola baxmaq istəyib və televizorun pultunu 56 yaşlı kişinin əlindən alaraq kanalı dəyişib. Mahmudağa Mahmudov qardaşı nəvəsinin bu hərəkətindən əsəbiləşərək onu təhqir edib. Hərbi xidmətdən yeni qayıdan gənc kişinin sözlərindən sonra özündən çıxıb və bıçağı götürərək, ona hücum edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB