İstanbulun "Qalatasaray" futbol klubunun forvardı Amrabat, iddialı açıqlamalarla çıxış edib. Siasport.az saytı, Türkiyənin "Spor.haber3.com" idman saytına istinadən xəbər verir ki, çərşənbə günü UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində "Mançester Yunayted"lə səfərdə qarşılaşacaq "cim bom", artıq bu oyuna köklənib.
Amrabat isə jurnalistlərlə söhbətində deyib ki, onun komandası "Old Trafford"da ancaq və ancaq qələbə üçün meydana çıxacaq. "Qırmızı şeytanlar"ın olduqca təhlükəli və texnikalı futbolçulara sahib olduğunu deyən Amrabat, "Biz onları necə "bağlamaq" lazım gəldiyini əla bilirik. xüsusi ilə braziliyalı Rafaelini necə "bağlamağ" lazım olduğunu mən əla bilirəm" deyə "qalatasaray"lı futbolçu bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB