Əziz Yıldırım pis vəziyyətə düşdü

Əziz Yıldırım pis vəziyyətə düşdü

Əziz Yıldırım Aleks haqda dediyi sözlərlə "Fənərbaxça" azarkeşlərinin tənqid hədəfinə düşüb. Siasport.az saytının Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, "Fənərbaxça" klubunun prezidenti Əziz Yıldırım uzun müddətdir davam edən Aykut Kocaman və Aleks de Souza məsələsinə aydınlıq gətirib. Belə ki, o, özünün tək rəhbər olduğunu dilə gətirərək Aleks haqda fikirlərini bildirib: "Aleks kapitanımızdır. Təcrübəli oyunçu olmağına baxmayaraq, əfsanə deyil. Əfsanə başqa bir şəxsdir. Mən bu ölkədə yalnız Atatürkü belə bir əfsanə görürəm".

Qeyd edək ki, Əziz Yıldırım azarkeş etirazlarını gördükdən sonra sözlərini başqa səmtə yönəltmək istəsə də bacarmayıb. Alekssevərlər isə əfsanə sözünün əsl mənasını açıqlayaraq, Yıldırıma verdikləri bütün suallarının əvvəlinə "əfsanə Aleks" sözləri ilə başlayıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə