"Bakı" "Qara dəniz" kubokuna darmadağınla başladı

"Bakı" "Qara dəniz" kubokuna darmadağınla başladı

Ukraynanın Sevastopol şəhərində çimərlik futbolu üzrə "Qara dəniz" kubokunda iştirak edən "Bakı" turnirə qələbə ilə başlayıb. Siasport.az saytının məlumatına görə, "Krım"la görüşdə rəqibindən açıq-aşkar üstün olan təmsilçimiz oyunu darmadağınla başa vurub - 7:2. "Zolqalılar"dan qolları Orxan Məmmədov (3), Ramin Əliyev (2), Sahib Məmmədov və Comərd Baxşəliyev vurublar. Komandamız növbəti oyununu sabah keçirəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə