Xəbər verdiyimiz kimi, FIFA U-17 qadınlararsı dünya çempionatı Azərbaycan 2012-yə həsr olunmuş Fan Zona azarkeşlərin tam əyləncəsi və rahatlığı üçün Dənizkənarı Milli Parkın ərazisində qurulur. Siasport.az saytının məlumatına görə, Fan Zona 15 sentyabr - 13 oktyabr tarixlərində hər gün saat 12:00-dan 22:00-dək açıq olacaq və qonaqlarını müxtəlif oyunlar, lotoreya, çempionatın və sponsorların hədiyyələri ilə yanaşı bir çox başqa sürprizlərlə sevindirəcək. 15 sentyabr - şənbə gününə təsadüf edən Fan Zonanın açılışında və eyni zamanda Kubok turunun bağlanış mərasiminə həsr olunmuş möhtəşəm konsert proqramında dünya şöhrətli pop ulduz, Avro-2012-nin rəsmi mahnısının ifaçısı Okeana çıxış edəcək.
Okeana ilk dəfə dünya reytinqlərində hitə çevrilmiş "Cry Cry" mahnısı ilə məşhurluq qazanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB