Azərbaycan çempionatında futbolçu azarkeşləri təhqir etdiyinə görə cəzalandı
AFFA-nın İntizam Komitəsininiclası keçirilib. Siasport.az saytı iclasda qəbul olunmuş qərarları nəzərinizə çatdırır:
Azərbaycan I Divizionunun I turunun"Göyəzən" – "Şuşa" matçının 71-ci dəqiqəsində "Göyəzən" klubunun baş məşqçisi Elxan Muradov hakimə etiraz etdiyinə görə texniki zonadan kənarlaşdırıldığı üçün baş məşqçi 1 oyunluq cəzalanır, klub 100 manat cərimə olunur (maddə 62).
Oyunun 88-ci dəqiqəsində "Şuşa" klubunun 89 №-li futbolçusu Elçin Qasımov azarkeşlərə qarşı təhqiredici sözlər işlətdiyinə görə futbolçu 3 oyunluq cəzalanır, klub 200 manat cərimə olunur (maddə 42.1).
Matçın 89-cu dəqiqəsində "Göyəzən" klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığı üçün klub 200 manat cərimə olunur (maddə 52).
Azərbaycan I Divizionunun I turunun "Ağsu" – "Şahdağ" matçının 79-cu dəqiqəsində "Ağsu" klubunun 19 №-li futbolçusu Ramil Əliyev kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırldığı üçün futbolçu 2 oyunluq cəzalanır, klub 200 manat cərimə olunur (maddə 37.1).
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB