Dünya futbolunun daha bir ulduz futbolçusu özünü "yaşayan əfsanə" adlandırdı. Siasport.az saytı xəbər verir ki, söhbət bu yaxınlarda Fransanın "PSJ" klubuna transfer olan Zlatan İbrahimoviçdən gedir. "France Football" nəşrinə açıqlama verən Z.İbrahimoviç, özünün İsveçdə layiq görüldüyü "ən yaxşı futbolçu" mükafatı barədə danışıb: "Bu, həqiqətən də mənim üçün böyük qürurdur. Deməli, karyeram boyu nəysə etmişəm ki, bu mükafatı mənə veriblər. Adətən ölmədən öncə əfsanə ola bilməyəcəyimizi düşünürük. Ancaq mən artıq "yaşayan əfsanə"yəm. Ən azından ölkəmdə".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB