Azərbaycan millisi İsrailə qarşı

Azərbaycan millisi İsrailə qarşı

Dünya Çempionatı 2014-ün seçmə mərhələsinin ilk oyunları bu gün başlayacaq. Siasport.az saytının məlumatına görə, Azərbaycan milli komandası da seçmə mərhələdə ilk matçına çıxacaq. Berti Foqtsun rəhbərliyi altında komanda doğma meydanda İsrail millisini qəbul edəcək.

Qeyd edək ki, Bakıya iddialı gələn İsrail millisi də seçmə mərhələyə uğurlu start vermək niyyətindədir. Azərbaycan millisinin isə buna nə dərəcədə imkan verəcəyi maraqlıdır. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq Azərbaycan - İsrail qarşılaşması saat 21:00-da başlayacaq. Oyunun idarə heyətinə gəldikdə isə hakimlər- Matej Yuq, Marko Stançin, Milan Kogey və Slavko Vinçic olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə