Yamaykalı sprinter Useyn Bolt axır ki, arzusuna çatıb. Siasport.az saytının məlumatına görə, dünya rekordçusu qarşıdakı il yoldaşlıq oyunlarının birində "Mançestr Yunayted"in formasını geyəcək.
2008 və 2012-ci il Olimpiadalarında ard-arda 100 və 200 metrdə dubla imza ataraq tarixə düşən yamaykalı atlet ötən ay "Mançestr Yunayted"də futbol oynamaq istəyini dilə gətirmişdi. Rekordçu isveçli məşqçi Aleks Ferqyusonun ona şans verəcəyi təqdirdə məyus olmayacağını da iddialı şəkildə gündəmə gətirib. Olimpiadanın yekunlaşmasından sonra "qırmızı şeytanlar"ı tribunadan dəstəkləməyə davam edən Bolt sonda hədəfinə nail olub. Belə ki, klubun rəsmi internet saytına açıqlama verən Aleks Ferqyuson Useyn Boldu qarşıdakı il xeyriyyə məqsədilə keçiriləcək xüsusi matçda oynada biləcəyini dilə gətirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB