İsrail millisinin mətbuat üçün açıq məşqi olacaq

İsrail millisinin mətbuat üçün açıq məşqi olacaq

Sentyabrın 6-da, saat 19:00-da, Tofiq Bəhramov adına Respublika stadionunda İsrail millisinin mətbuat nümayəndələri üçün ilk 15 dəqiqəsi açıq məşqi keçiriləcək. Siasport.az saytının məlumatına görə, Azərbaycan - İsrail oyunu üçün müvafiq qaydada akkreditasiyadan keçmiş KİV nümayəndələri akkreditasiya vəsiqələrini təqdim etməklə məşqdə iştirak edə bilərlər.

Azarkeşlər məşqə buraxılmayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə