“Neftçi” Cənubi Kiprə gedib

“Neftçi” Cənubi Kiprə gedib

"Neftçi" Cənubi Kiprə gedib. Siasport.az saytının məlumatına görə, Avropa Liqasının play-off mərhələsində APOEL-in qonağı olacaq flaqman bu gün səhər saatlarında Heydər Əliyev adına beynəlxalq hava limanından çarter reysi ilə sözügedən ölkəyə yollanıb.
Bakıdan Larnakaya uçan "Neftçi" ordan oyunun keçiriləcəyi Nikosiya şəhərinə avtobusla gedib. Bakı klubunun bu gün Cənubi Kipr şəhərində oyundan öncə son məşqi baş tutacaq. Hazırlıq prosesi matçın keçiriləcəyi "GSP Arena"da baş tutacaq və Bakı vaxtı ilə saat 22.00-da başlayacaq. Bundan öncə isə "Neftçi"nin baş məşqçisi Böyükağa Hacıyevin mətbuat konfransı keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə