Dünən axşam UEFA Çempionlar Liqasında play-off mərhələsinin ilk oyunlarına yekun vurulub. Siasport.az saytı xəbər verir ki, son oyun günündə daha beş qarşılaşma baş tutub. "Neftçi"ni Çempionlar Liqasının III təsnifat mərhələsindən kənarlaşdıran İsrail "Hapoel"i, (Kiryat Şmona) səfərdə Belarusun BATE komandasının qonağı olub. Görüş 2:0 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb. Bu oyunla yanaşı, bu axşam daha 4 qarşılaşma keçirilib. Bütün görüşlər Bakı vaxtı ilə saat 23:45-də başlayıb. "Malaqa" "Panatinaikos"u, AEL "Anderlext"i, "Dinamo" (Zaqreb) isə "Maribor"u məğlub edib. "Braqa" - "Udineze" görüşü isə heç-heçə başa çatıb - 1:1. Qeyd edək ki, play-off mərhələsinin cavab görüşləri bir həftə sonra - avqustun 28-29-da keçiriləcək.
22 avqust
Çempionlar Liqasında play-off mərhələsinin ilk oyunları
23:45. BATE (Belorusiya) - "Hapoel" (Kiryat Şmona, İsrail) - 2:0
Qollar: Rodionov, 29 (1:0), 78 (2:0)
23:45. "AEL" (Kipr) - "Anderlext" (Belçika) - 2:1
Qollar: Junior, 34 (1:0), Mbokani, 62 (1:1), Migel, 72 (2:1)
23:45. "Dinamo" (Zaqreb, Xorvatiya) - "Maribor" (Sloveniya) - 2:1
Qollar: Duje Kop, 10 (1:0), Badelj, 39-avtoqol (1:1), Duje Kop, 74 (2:1)
23:45. "Braqa" (Portuqaliya) - "Udineze" (İtaliya) - 1:1
Qollar: Basta, 23 (0:1), Dos Santos, 68 (1:1)
23:45. "Malaqa" (İspaniya) - "Panatinaikos" (Yunanıstan) - 2:0
Qollar: Demişelis, 17 (1:0), Eliseu, 34 (2:0)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB