Dünya çempionatının ilk günündə pəhləvanlarımız 5 medal qazandılar

Dünya çempionatının ilk günündə pəhləvanlarımız 5 medal qazandılar

Bu gün Bakıda yeniyetmələr arasında keçirilən sərbəst, yunan-Roma, qadın və çimərlik güləşi üzrə dünya çempionatının ilk gününə yekun vurulub. Siasport.az saytının məlumatına görə, Heydər Əliyev adına İdman-Konsert Kompleksində təşkil olunmuş sərbəst güləş yarışlarının ilk günü 42, 50, 58, 69 və 85 kiloqram çəki dərəcəsində pəhləvanlar mübarizə aparıblar.

Yarışda Coşqun Məmmədov (42 kq, Azərbaycan), Əli Pərviz Məhəmmədzadə Nağarçi (50 kq, İran), Cahid Həsənzadə (58 kq, Azərbaycan), Omari Qurjidze (69 kq, Gürcüstan) və İnal Tasoev (85 kq, Rusiya) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Azərbaycanın digər pəhləvanları Ruslan Suzkayev (50 kq), Çermen Baqayev (85 kq) gümüş, Samir Sadullayev (69 kq) isə bürünc medal qazanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə