Daha 3 sərbəst güləşçimiz olimpiadada mübarizəyə başlayacaq YENİLƏNİR
London Olimpiadasında bu gün daha 3 sərbəst güləşçimiz mübarizəyə qoşulacaq. Siasport.az saytının məlumatına görə, yarışa 60 kq çəki dərəcəsində Toğrul Əsgərov, 84 çəki dərəcəsində Şərif Şərifov 1/8 finaldan, 120 kq-da mübarizə aparan Cəmaləddin Maqomedov isə 1/16 finaldan başlayacaq. Toğrul Əsgərovun ilk rəqibi alman Tim Şlayxer, Şərif Şərifovun ilk rəqibi isə türkiyəli İbrahim Bolukbaşıdır. Hər iki görüş Bakı vaxtı ilə saat 17:30-da başlayacaq.
Cəmaləddin Maqomedov isə birinci mərhələdə Rusiya güləşçisi Bilyal Maxovla üz-üzə gələcək. Mübarizəyə Bakı vaxtı ilə saat 17:00-da start veriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB