Azərbaycan kanoeçiləri Sergey Bezuqlıy və Maksim Prokopenko dueti London Yay Olimpiya Oyunlarında əsas final yürüşünə qatılıblar. Siasport.az saytının məlumatına görə, 2 nəfərlik qayıqla (C-2) 1000 metr məsafəyə təsnifat mərhələsində 1-ci olan avarçəkənlərimiz finalda 4-cü nəticə göstəriblər.
Onların rəqibləri Liviu Lazar-Dumitresku - Viktor Mixalaki (Rumıniya), Yaroslav Radon - Filip Dvoryak (Çexiya), Aleksey Korovaşkov - İlya Pervuxin (Rusiya), Peter Kretşmer - Kurt Kuşela (Almaniya), Maosinq Huanq - Li Kianq (Çin), Andrey Baqdanoviç - Aleksandr Baqdanoviç (Belarus) və Serxuey Torres - Xose Karlos Bulnes (Kuba) olub.
Dördüncü zolaqda yarışan duetimiz 750 metrdək lider olsa da, son 250 metrdə geridə qalıb və yarışı 4-cü bitirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB