İki ayağı protez olan idmançı olimpiadada yarışlara qatılacaq

İki ayağı protez olan idmançı olimpiadada yarışlara qatılacaq

London Yay Olimpiya Oyunlarında şənbə günü keçiriləcək 400 m məsafəyə qaçış uğrunda yarışa CAR-lı Oskar Pistorius da qatılacaq. Siasport.az saytının məlumatına görə, ilk dəfə olimpiadada çıxış edəcək atlet buna 4 ildir hazırlaşır. CAR-lı atlet hər iki diz nahiyəsində olan protezlərlə qaçır.

Paralimpiya oyunlarında da mübarizə aparan Oskar Pistorius Londonda medal qazanmaq üçün əlindən gələni edəcəyini deyib: "Ölkəmi ən yaxşı şəkildə təmsil etməyə çalışacam. Bu yarışlarda məqsədim hər kəsə mənim də edə biləcəklərimi sübut etməkdir. Bunun üçün var gücümlə qaçacağam. 4 ildir bu olimpiada üçün çalışıram. Buna görə mənə dəstək verən hər kəs üçün yaxşı nəticələr göstərməliyəm".

Xatırladaq ki, atlet, keçən il Dünya Çempionatında bayraq yarışında gümüş medalın sahibi olub. Beynəlxalq Atletika Federasiyaları Birliyi, Pistoruisun 2008-ci il Yay Olimpiya Oyunlarında iştirakına qadağa qoyulmuşdu. Daha sonra edilən testlər nəticəsində afrikalı atletin London 2012-də mübarizələrə qoşula biləcəyinə qərar verilib.

Aygün Osmanova

Bütün xəbərlər Facebook səhifəmizdə