Bu gün London Yay Olimpiya Oyunlarında akademik avarçəkmə üzrə 2000 metr məsafəyə yarımfinal yürüşləri keçirilib. Siasport.az saytının məlumatına görə, Azərbaycan idmançısı Nataliya Mustafayeva da finala çıxmaq üçün mübarizə aparıb. 1 nəfərlik qayıqla çıxış edən təmsilçimiz 6-cı zolaqda yarışıb. O, finala çıxmaq üçün ən azı ilk 3-lükdə qərarlaşmalı idi. Lakin Nataliya qrupda sonuncu yeri tutub. İdmançımız B finalında çıxış etmək hüququ qazanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB