Türkiyənin "Qalatasaray" futbol klubunda bu mövsüm kapitanlıq postuna yüksələcək futbolçunun adı bəlli olub. Siasport.az saytının Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, "Real Madrid" klubundan yeni transfer olunan Həmid Altıntop "Qalatasaray"ın kapitanı olacaq.
Baş məşqçi Fatih Terimin keçirəcəyi ilk yoldaşlıq görüşündə Altıntopu kapitan kimi meydana çıxaracağı gözlənilir. Həmid Altıntopdan sonra ikinci kapitan Selcuq İnan, üçüncü kapitan isə Sabri Sarıoğlu olacaq.
Məlumat üçün bildirək ki, keçən il Ayhan Akman, Sabri Sarıoğlu və Tomas Uyfaluşi İstanbul komandasının kapitanı olublar.
Aygün İlqarqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB