Anar Salmanov UEFA Avropa Liqasında

Anar Salmanov UEFA Avropa Liqasında

UEFA Avropa Liqasının üçüncü təsnifat mərhələsinin cavab oyunları çərçivəsində baş tutacaq qarşılaşmalarda azərbaycanlı hakim də iştirak edəcək. Siasport.az saytının məlumatına görə, \"Hannover 96\" (Almaniya) - \"Şiroki Briyeq\" (Bosniya və Herseqovina) / \"Sent Patriks\" (İrlandiya) cütünün qalibi arasında avqustun 9-da keçiriləcək qarşılaşmanı Anar Salmanovun rəhbərlik etdiyi hakimlər briqadası idarə edəcək. Görüşü idarə edəcək hakimlər heyəti isə belədir:

Baş hakim:Anar Salmanov

Baş hakimin köməkçiləri:Yaşar Abbasov, Mübariz Haşımov

Dördüncü hakim:Əliyar Ağayev.

Bütün xəbərlər Facebook səhifəmizdə