Elnur Məmmədli yenidən olimpiya çempionu olmaq istəyir

Elnur Məmmədli yenidən olimpiya çempionu olmaq istəyir

"London Olimpiadasına böyük ümidlərlə yollanıram. Əsas məqsədim qızıl medal qazanmaqdır". Bu fikirləri açıqlamasında olimpiya çempionu Elnur Məmmədli deyib.


İngiltərəyə iddialı yollanan Elnur Məmmədli Pekin Olimpiadasındakı uğurunu təkrarlamaq əzmindədir: "Bu gün bizim üçün gözəl bir gündür. Olimpiyaçılarımız Londona yollanır və belə şənlik var. Əsas məqsədim yenidən olimpiya çempionu olmaqdır. Arzum budur ki, biz Olimpiadadan qayıdanda da belə sevinc olsun və bu cür yüksək səviyyədə qarşılanaq. Bunun üçün isə Londondan uğurla qayıtmalıyıq".

Bütün xəbərlər Facebook səhifəmizdə