Fatih Terim iddialı danışdı
İstanbulun "Qalatasaray" futbol klubunun baş məşqçisi Fatih Terim, UEFA-nın rəsmi saytına verdiyi bir sıra iddialı açqılamaları ilə yenidən gündəmə gəlib. Siasport.az saytı xəbər verir ki, "imperator ləqəbli baş məşqçi rəhbərlik etdiyi komanda üçün əsas hədəfin avrokuboklarda uğur qazanmaqdan ibarət olduğunu dilə gətirib.
"Qalatasaray"ın baş məşqçisi, Keçən il mqəsədlərinin Türkiyə çempionu olmaqdan ibarət olmadığını, yalnız avrokuboklara vəsiqə verən yerlər uğrunda mübarizə apardıqlarını, lakin futbolçularının əzmkarlığı sayəsində çempionluğu qazandıqlarını dilə gətirib. Baş məşqçi, UEFA Çempionlar Liqasında uğurlu mübarizə aparmaq üçün çalışdıqlarını da gizlətməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə