Nadalın yerinə Lopez

London Olimpadasından imtina etdiyini açıqlayan Rafael Nadalın yerinə İspaniya milli komandasında Feliciano Lopez mübarizə aparacaq. Siasport.az saytının İspaniya mətbuatına istinadən verdiyi xəbərə görə, zədə səbəbindən olimpiadadan imtina etməli olan Nadalın yerinə Londonda kişilər arasında dünya klasmanında 30-cu sırada qərarlaşan Lopez korta çıxacaq. Xatırladaq ki, Olimpiadada tennis yarışları İyulun 28-də başlayacaq və Avqustun 5-də başa çatacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə