Veliçko Çolakov: “Artıq bir Olimpiya medalım var, birini də Azərbaycan üçün istəyirəm”

Veliçko Çolakov: “Artıq bir Olimpiya medalım var, birini də Azərbaycan üçün istəyirəm”

Məlum olduğu kimi, bu Azərbaycanı Londonda keçiriləcək Olimpiadada 53 idmançı təmsil edəcək. Siasport.az saytının məlumatına görə, bu idmançılardan biri də Ağır Atletika üzrə ən ağır çəkidə mübarizə aparacaq Veliçko Çolakovdur. Belə ki, 105 kq çəki dərəcəsində mübarizə aparacaq idmançı ilə yaxından tanış olaq:

Adı: Veliçko Çolakov

Doğulduğu tarix: 12.01.1982

Doğulduğu yer: Smolyan, Bolqarıstan

Şəxsi məşqçisi: Zlatan Vanev.

Çıxış etdiyi çəki dərəcəsi: +105 kq

Olimpiya Oyunlarında sifariş verdiyi toplam start çəki: 440 kq

Əsas rəqibləri: Behdad Səlimikordasiabi, Səyyad Anuşirəvani (hər ikisi – İran), Artyom Udaçin, İqor Şimeçko (hər ikisi – Ukrayna), Ruslan Albeqov (Rusiya).

Nailiyyətləri: 2002-ci il Gənclər arasında Dünya çempionatının (Çexiya) gümüş mükafatçısı, 2003–cü il kişilər arasında dünya çempionatının (Kanada) gümüş mükafatçısı, 2004-cü il Avropa çempionatının (Ukrayna) qızıl, 2006-cı il Avropa çempionatının (Polşa) bürünc mükafatçısı, 2004-cü il Afina Olimpiadasının bürünc mükafatçısı.

Olimpiada haqqında: "Artıq bir Olimpiya medalım var. Birini də Azərbaycan üçün istəyirəm. London Olimpiadasında hansı medal qazanacağımı isə zaman göstərəcək. Indiyədək çox yarışlarda iştirak etmişəm deyə, psixoloji cəhətdən özümü hazır hesab edirəm. Fiziki hazırlığı isə davam etdirmək lazımdır. Əminliklə deyə bilərəm ki, mən bacararam. Yaxşı məşq etmək lazımdır. Azərbaycanda isə bunun üçün hər cür şərait yaradılıb. Bunu sizə 12 il Bolqarıstan milli komandasının heyətində çıxış etmiş atlet kimi deyirəm. Burda idmançılar üçün lazım olan hər bir şərait var".

Bütün xəbərlər Facebook səhifəmizdə