Voleybol üzrə qadınlar arasında keçirilən Avropa Çempionatının seçmə mərhələsi sentyabrın 7-də start götürəcək. Voleybol Federasiyasının mətbuat xidmətindən Siasport.az saytına verilən xəbərə görə, Belarus, Finlandiya, Avstriya milliləri ilə eyni qrupda mübarizə aparacaq voleybol üzrə qadınlardan ibarət Azərbaycan milli yığma komandasının seçmə mərhələdə keçirəcək oyunlarının vaxtları açıqlanıb.
Məlumat üçün bildirək ki, ilk olaraq voleybolçularımız birinci mərhələnin oyunlarını Finlandiya ilə keçirəcək. Yarış cədvəli isə belədir:
07.IX.2012
Azərbaycan – Avstriya
Finlandiya – Belarus
08.IX.2012
Azərbaycan – Belarus
Avstriya – Finlandiya
09.IX.2012
Belarus – Avstriya
Azərbaycan – Finalandiya
Qeyd edək ki, II mərhələ paytaxt Bakı şəhərində keçiriləcək. Məhz Bakıda keçiriləcək oyunlar həlledici xarakter daşıyır. Hər iki mərhələnin nəticələrinə görə I olan komanda birbaşa Avropa Çempionatının Final mərhələsinə vəsiqə qazanacaq. Qrup ikincisi olan milli komanda isə Pley off mərhələsində mübarizə aparacaq. İkinci mərhələnin oyunlarının keçirilmə tarixləri isə aşağıdakı kimidir.
14.IX.2012
16:00. Belarus – Avstriya
18:30. Azərbaycan – Finlandiya
15.IX. 2012
16:00. Finlandiya – Belarus
18:30. Avstriya – Azərbaycan
16.IX.2012
16:00. Finlandiya – Avstriya
18:30. Azərbaycan – Belarus.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB