FİFA prezidenti Zepp Blatter sensasiyalı bəyanat verərək 2006-cı ildə keçirilən dünya çempionatının ev sahibliyinin Almaniyaya satıldığını bildirib. Bu barədə "Blick"ə açıqlama verən ali futbol qurumunun rəhbəri deyib ki, o, bu hadisəni yaxşı xatırlayır: "2018 və 2022-ci illərdə keçiriləcək dünya çempionatlarının Rusiya və Qətərə satıldığı haqda fikirlər hələ də səslənir. Ancaq mən 2006-cı il dünya çempionatının ev sahibliyi hüququnun Almaniyaya necə verildiyini xatırlayıram. Səsvermənin gedişində son dəqiqələrdə bir nəfər gözlənilmədən qalxdı və otağı tərk etdi.
Mən isə o vaxta qədər hələ səs verməmişdim və bunu normal qarşıladım. Bununla da səslər 10/10 bərabər olmaq əvəzinə 10/9 Almaniyanın lehinə oldu. Mənim burada kimisə günahlandırmaq niyyətim yoxdu. Sadəcə, həmin vaxt nələrin baş verdiyini deyirəm".
Xatırladaq ki, 2006-cı ildə Almaniyada keçirilən dünya çempionatının qalibi İtaliya komandası olmuşdu.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB