AZAL yeni transferə hazırlaşır

AZAL yeni transferə hazırlaşır

Türkiyədə təlim-məşq toplanışında olan AZAL klubu iki oyunçunu transfer üçün baxışa dəvət edib. Siasport.az saytının xəbərinə görə, bu futbolçular Xuan Fransisko və Junior Olveyradır. Hər iki futbolçu sol cinahda çıxış edir. Futbolçularla bağlı yaxın günlərdə qərar veriləcək.

Qeyd edək ki, baş məşqçi Vaqif Sadıqov hər iki oyunçunu "Mersin İdman Yurdu" klubuna qalib gəldikləri oyunda sınaqdan keçirib.

Aygün İlqarqızı

Bütün xəbərlər Facebook səhifəmizdə