Avropa Liqasının II təsnifat mərhələsində baş tutacaq "Lex" – "Xəzər Lənkəran" qarşılaşmasının baş hakimi artıq müəyyən olunub. Siasport.az saytının məlumatına görə, UEFA-nın Poznandakı "Municipal" stadionunda keçiriləcək oyun bolqarıstanlı referiyə həvalə edilib.
Məlumat üçün
bildirək ki, Stanislav Todorov 1976-cı ildə dünyaya gəlib. 32 yaşlı ədalət
təmsilçisi 2006-cı ildən FİFA referisi olub. Beynəlxalq arenada ümumilikdə 13
qarşılaşmanı idarə edən Todorov bu oyunlarda 61 sarı vərəqədən istifadə edib.
Qeyd edək ki, "Xəzər Lənkəran"la "Lex" arasında baş tutacaq oyun Bakı vaxtı ilə
saat 23.00-da başlayacaq. Onun köməkçilərinin kimliyi isə hələ ki məlum deyil.
Mənzər Ərçəqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB