Burak Yılmaz: “Pulu qəti şəkildə düşünmürəm\"

Burak Yılmaz: “Pulu qəti şəkildə düşünmürəm\"

Türkiyəli hücumçu Burak Yılmazın transferində yeni detallar ortaya çıxıb. Siasport.az saytının Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, 5 milyon avro qarşılığında Rusiyanın "Lokomotiv" klubuna transfer olunan futbolçu "Qalatasaray"a gəlmək üçün xəbər göndərib. Baş məşqçi Fatih Terimlə telefon əlaqəsi saxlayan Burak \"Qalatasaray"da oynamaq istədiyini və xilas edilməsini, həmçinin pulu qəti şəkildə düşünmədiyini deyib.

Məlumat üçün bildirək ki, Terimin bu danışıqdan sonra hərəkətə keçdiyi ​​vurğulanıb. "Qalatasaray"ın vitse-prezidenti Ali Dürüst də "Trabzonspor" heyətinə məktub göndərərək Burak Yılmaz ilə danışıqlara başlamaq üçün icazə istəyib. Keçidi reallaşması üçün qaradənizlillər 6.5 milyon avro istəyib. Buna cavab olaraq "Qalatasaray" heyəti müqavilədəki 5 milyon avroya sərbəst qala biləcəyi maddəsini vurğulayıb.

Qeyd edək ki, "Sarı-Qırmızılı" komanda Burakla danışıqlara başladığını rəsmi olaraq bildirib.


Aygün İlqarqızı

Bütün xəbərlər Facebook səhifəmizdə