Yığmamız Avstriyada heç-heçə edib

Yığmamız Avstriyada heç-heçə edib

Avstriyada təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib. Siasport.az saytının məlumatına görə, yığmamız Serbiyanın "SAK STELLA ROSSA" komandası ilə qarşılaşıb.

Məlumat üçün bildirək ki, görüş 3:3 hesabı ilə başa çatıb. Azərbaycan yığmasının heyətində Elşən Abdullayev dubl edib. Digər qolun müəllifi isə Coşqun Diniyev olub.

Bütün xəbərlər Facebook səhifəmizdə