Bu gün Beynəlxalq Muğam Mərkəzində FİFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin Rəsmi Püşkatma Mərasimi keçirilib. Siasport.az saytının məlumatına görə, tədbirdə FİFA rəsmiləri, FİFA U-17 Qadınlararası Dünya Çempionatlarının Təşkilat Komitəsinin sədri Hani Abo Rida, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) prezidenti Rövnəq Abdullayev, FİFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin Yerli Təşkilat Komitəsinin sədri Elxan Məmmədov və səfirlər qatılıb.
Məşhur futbolçulardan isə, Dietmar Haman, Ronald De Boer, iştirakçı ölkələrin milli yığma nümayəndələri qonaq qismində iştirak edib. İlk öncə çıxış edən YTK-nın sədri Elxan Məmmədov Azərbaycanın bu çempionata ev sahibliyi etdiyi üçün şad olduğunu qeyd edib. İki il bundan öncə Azərbaycanın ev sahib kimi təstiq olunması və bu günə qədər bütün işləri tam yerinə yetirə bildiyi üçün prezident İlham Əliyevə və FİFA-nın prezidenti Joze Blatterə təşəkkürünü bildirib.
Daha sonra çıxış edən DÇ-nin YTK sədri Abo Rida Azərbaycanın çempionatı çox gözəl təşkil etdiyini vurğulayıb. Buna görə, AFFA-nın rəhbərliyinə təşəkkür edib və bu haqda məlumatın FİFA prezidentinə çatdırıldığı söyləyib
Bundan sonra isə, FİFA qadın yarışlarının başçısı Tatyana Haini məşhur futbolçu Ronald Devu, Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqtsu və U-17 Azərbaycanın iki futbolçusunu səhnəyə dəvət edərək püşkatma mərasiminə start verib.
Məlumat üçün bildirək ki, A, B, C, D qruplarının hər birində 4 komanda olmaqla, 16 komandanın qrupları müəyyən olunub. Azərbaycan ev sahibi olaraq birbaşa A qrupunda iştirakı təstiqlənib. Püşkatmanın ümumi nəticəsi isə belə olub:
A qrupu:
1. Azərbaycan
2. Kolumbiya
3. Nigeriya
4. Kanada
B qrupu:
1. Fransa
2. ABŞ
3. C. Koreya.
4. Qambiya
C qrupu:
1. Meksika
2. Yeni Zellandiya
3. Braziliya
4. Yaponiya
D qrupu:
1. Uruqvay
2. Çin
3. Qana
4. Almaniya.
Qeyd edək ki, daha sonra Azərbaycanın məşhur ifaçılarının çıxışı dinlənilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB