Libertadores Kubokunun qalibi bəlli oldu - VİDEO

Libertadores Kubokunun qalibi bəlli oldu - VİDEO

Cənubi Amerikada keçirilən Libertadores Kubokunun sahibi Braziliyanın "Korintians" klubu olub. Braziliyalılar final qarşılaşmasının təkrar matçlnda Argentinanın "Boka Xuniors" komandasına 2:0 hesabı ilə qalib gəliblər. Xatırladaq ki, ilk qarşılaşma 1:1 hesabı ilə başa çatmışdı.


Hər iki qolu İkinci hissədə Emerson vurub. Beləliklə də, "Korintians" tarixində ilk dəfə nüfuzlu turnirin qalibi olub.


Libertadores Kuboku. Final. Cavab matçı (ilk görüş 1:1).


"Korintians"- "Boka Xuniors" – 2:0.


Qollar: Emerson, 54, 72

Bütün xəbərlər Facebook səhifəmizdə