Xəbər verdiyimiz kimi, Avstriyada təlim-məşq toplanışını davam etdirən \"Neftçi\" PFK bu gün ilk yoxlama matçını keçirəcək. Siasport.az saytının məlumatına görə, paytaxt klubu Rusiya Premyer Liqasında çıxış edən FK \"Krasnodar\" klubu ilə qarşılaşacaq.
Məlumat üçün bildirək ki, görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
Qeyd edək ki, əvvəldən \"Neftçi\"nin FK \"Starnberq\" klubu ilə oyunu planlaşdırılsa da, Flaqman Almaniya təmsilçisindən daha güclü olan FK \"Krasnodar\"la oynamağa üstünlük verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB