Yay Olimpiya Oyunlarında Səudiyyə Ərəbistanını ilk qadın idmançı təmsil edəcək

Dalma Rüşdi Mahlas Səudiyyə Ərəbistanının Olimpiya yığma komandasında ilk qadın idmançı olacaq. Siasport.az saytı xəbər verir ki, Londonda başlayacaq Yay Olimpiya Oyunlarına yolladığı komandaya qadın idmançıları daxil etməmiş yeganə ölkə olan Səudiyyə Ərəbistanının inadı Qərbin sərt təzyiqlərindən sonra qırılıb.


Belə ki, 2010-cu ildə Sinqapurda keçirilmiş Universiadada Səudiyyə Ərəbistanını təmsil etmiş ilk qadın idmançı, çapar Dalma Rüşdi Mahlas 20 gün sonra başlayacaq London Yay Olimpiya Oyunlarına qatılacaq. Xatırladaq ki, İtaliyada doğulmuş Mahlas hazırda Fransada yaşayır.

Bütün xəbərlər Facebook səhifəmizdə