Yay Olimpiya Oyunlarında Səudiyyə Ərəbistanını ilk qadın idmançı təmsil edəcək
28 İyun 2012 14:02 (UTC+04:00)
Dalma Rüşdi Mahlas Səudiyyə Ərəbistanının Olimpiya yığma komandasında ilk qadın idmançı olacaq. Siasport.az saytı xəbər verir ki, Londonda başlayacaq Yay Olimpiya Oyunlarına
yolladığı komandaya qadın idmançıları daxil etməmiş yeganə ölkə olan
Səudiyyə Ərəbistanının inadı Qərbin sərt təzyiqlərindən sonra
qırılıb.
Belə ki, 2010-cu ildə Sinqapurda keçirilmiş Universiadada Səudiyyə Ərəbistanını
təmsil etmiş ilk qadın idmançı, çapar Dalma Rüşdi Mahlas 20 gün sonra
başlayacaq London Yay Olimpiya Oyunlarına qatılacaq. Xatırladaq ki, İtaliyada doğulmuş Mahlas hazırda Fransada yaşayır.