"Avro-2012" çərçivəsində Almaniya-Danimarka oyunu zamanı azrkeşlərin əlində neonasist bayrağı olduğuna görə, UEFA AFR Futbol Federasiyasını 25 min avro cəzalandırıb. Ümumilikdə bütün qrup matçlarına görə, Almaniyaya 40 min avro pul cəzası verilib.
Futbolda irqçiliklə mübarizə aparan FARE təşkilatının üzvləri alman azarkeşlərinin əyləşdiyi sektorda neonasist bayrağını qeydə alıblar ki, bu da cəzalanmayla nəticələnib.
Onu da qeyd edək ki, almaniyalı azarkeşlər Portuqaliya və Hollandiya futbolçularına ağ əzik vərəqələr də atıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB