İtaliya İngiltərəni penaltilərlə məğlub etdi - FOTOLAR

Futbol üzrə Avropa çempionatının son yarımfinalçısı İngiltərəni penaltilərlə məğlub edən İtaliya komandası oldu. Görüş italyanların üstünlüyü ilə keçsə də, əsas və əlavə vaxtda hesab açılmayıb.


Penaltilər seriyasında isə üstünlük əvvəlcə Britaniya təmsilçisi tərəfində olub. Amma ingilislərin iki penaltini ardıcıl yerinə yetirə bilməmələri (bir top dirəkdən dönüb, digərini isə Buffon dəf edib) italyanları yarımfinala çıxarıb. Yarımfinalda onların rəqibi Almaniya millisi olacaq.


Beləliklə, yarımfinalda bu cütlükər qarşılaşacaq:


27 iyun. 23:45. Portuqaliya - İspaniya


28 iyun. 23:45. Almaniya - İtaliya


İngiltərə - İtaliya - 0:0 (Penaltilər seriyası - 2:4 )


İngiltərə: + + - -


İtaliya: + - + + +


Baş hakim: Pedru Proensa (Portuqaliya)


İngiltərə: Hart, Conson, Eşli Koul, Terri, Leskot, Cerrard, Yanq, Milner (Uolkot, 61), S.Parker (Henderson, 93), Runi, Uelbek (Kərol, 60)


İtaliya: Buffon, Balzaretti, Abate, Barzaqli, Bonucci, Markisio, De Rossi (Noserino, 80), Montolivo, Pirlo, Balotelli, Kassano (Diamanti, 78)

Bütün xəbərlər Facebook səhifəmizdə