Elnur Abdulov: “Qarabağ”ı daha üstün tutdum” - Açıqlama

Elnur Abdulov: “Qarabağ”ı daha üstün tutdum” - Açıqlama
Ağdamın "Qarabağ" klubu 2012-13 mövsümündə ilk transferini reallaşdırıb. Siasport.az saytının məlumatına görə, ötən mövsüm sərgilədiyi oyunla ölkənin iddialı klublarının maraq dairəsində olan Elnur Abdulov "Qarabağ"ın yeni mövsüm üçün heyətinə qatdığı ilk futbolçusu olub.

Məlumat üçün bildirək ki, 1992-ci il təvəllüdlü futbolçuyla 2 illik müqavilə imzalanıb. Futbolçu klubun rəsmi internet saytına transferlə bağlı açıqlama verib: "Düzdür, çoxları məni başqa iddialı klublara keçəcəyimi gözləyirdi. Amma mən "Qarabağ"ı daha üstün tutdum. Qurban Qurbanovla görüşümüz oldu. Mənə inandığını bildirdi. Bu il Avrokuboklarda oynamayacağıq. Amma inanıram ki, gələn mövsüm bunu artıqlamasıyla bacarmalıyıq. "Qarabağ" yerli futbolçulara daha çox inanır. Bu da mənimçün bir şansdır. İnanıram ki, yeni komandamın uğurlarında pay sahibi olacağam".

Bütün xəbərlər Facebook səhifəmizdə