\"Qəbələ\" və \"Qarabağ\" \"Qəbələ Kuboku\"nda mükafatçılar sırasına düşə bilmədilər - YENİLƏNİR

I \"Qəbələ Kuboku\" turnirinin ikinci gününün oyunları keçirilir. SİA-nın Qəbələyə ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, Qəbələ şəhər stadionunda Qərbi Avropanın adlı-sanlı komandalarının 15 yaşadək futbolçularının mübarizə apardığı turnirdə bu gün qrup mərhələsinə yekun vurulacaq. III turda Azərbaycanın \"Qəbələ\" klubu \"Villareal\"la, \"Qarabağ\" klubu isə Serbiya yığması ilə qarşılaşıb.

"Qəbələ"nin yer aldığı A qrupunda təşkilatçılar medallar uğrunda mübarizəni davam etdirmək üçün qələbə qazanmalı idilər. Çünki digər matçda "Brondbü" "Qalatasaray"a qalib gələrsə, "Qəbələ" də 5-8-ci yerlər uğrunda yarışmalı olacaqdı. Lakin \"Qəbələ\" rəqibinə 0:3 hesabı ilə məllub oldu.
\"Qarabağ\" klubu isə daha acınacaqlı məğlubiyyət yaşadı. Belə ki, \"Qarabağ\" Serbiya yığmasına 0:6 hesabı ilə məğlub oldu.

1 iyun (cümə)

A qrupu
10:00. "Qəbələ" – "Villareal" 0:3
Jalə stadionu
Hakimlər: Venera Kahriç, Ülviyyə Mustafayeva, Maya Nəbiyeva, Tamila Nəbiyeva

11:30. "Brondbü" – "Qalatasaray" 1:1
Jalə stadionu
Hakimlər: Venera Kahriç, Ülviyyə Mustafayeva, Maya Nəbiyeva, Tamila Nəbiyeva

1. Qalatasaray 3 1 2 0 4-2 5

2. Vilyareal 3 1 1 1 4-2 4

3. Brondbü 3 1 1 1 4-7 3

4. Qəbələ 3 1 0 1 6-7 3

B qrupu
10:00. "Qarabağ" – "Serbiya NT" 0:5
Natura stadionu
Hakimlər: Səbayel Qurbanova, Yuliya Larionova, Gülyana Güvəndiyeva, Fəridə Lütfəliyeva

11:30. "Levante" – "Feyenord" 0:3
Natura stadionu
Hakimlər: Səbayel Qurbanova, Yuliya Larionova, Gülyana Güvəndiyeva, Fəridə Lütfəliyeva

1. Serbiya 3 3 0 0 12-1 9
2. Levante 3 2 0 1 6-3 6
2. Feyenord 3 1 0 2 4-5 3
4. Qarabağ 3 0 0 2 1-8 0

19:00. \"Bröndbü\" - \"Qarabağ\"
Natura stadionu
Hakimlər: İnqilab Məmmədov, Mübariz Haşımov, Akif Əmirəli, Ömər Paşayev

19:00. \"Vilyareal\" - \"Serbiya\"
Jalə stadionu
Hakimlər: Ramil Əhmədov, Zeynal Zeynalov, Knyaz Əmiraslanov, Namiq Süleymanov

20:30. \"Qalatasaray\" - \"Levante\"
Natura stadionu
Hakimlər: İnqilab Məmmədov, Mübariz Haşımov, Akif Əmirəli, Ömər Paşayev

20:30 \"Qəbələ\" - \"Feynord\"
Jalə stadionu
Hakimlər: Ramil Əhmədov, Zeynal Zeynalov, Knyaz Əmiraslanov, Namiq Süleymanov

Elgün Vidadioğlu

Bütün xəbərlər Facebook səhifəmizdə