Azərbaycanın futbol millisi Andorra seçməsi ilə bacarmadı

Azərbaycanın futbol millisi Andorra seçməsi ilə bacarmadı

Almaniyada təlim-məşq toplantısında olan Azərbaycanın futbol üzrə milli komandası bu gün növbəti yoxlama matçında Andorra ilə bacara bilməyib. Matç qolsuz bərabərlikdə yekunlaşıb.


Qeyd edək ki, Andorra millisi FİFA reytinqində ən sonuncu pillələrdə qərarlaşan komandalardandır.


Onu da deyək ki, indiyədək Azərbaycan və Andorranın futbol seçməsi üç dəfə üz-üzə gəlib. 1998 və 2000-ci illərdə baş tutan qarşılaşmalarda da hesab açılmayıb. 2009-cu ildəki oyun isə komandamızın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə