Almaniyanın Dormagen şəhərində keçirilən qadın güləşçilərdən ibarət beynəlxalq turnir başa çatıb. Siasport.az saytının məlumatına görə böyük məşqçi Qrek İqnatın rəhbərliyi altında yarışa yollanan hər 3 idmançımız fəxri kürsüyə yüksəliblər. London Olimpiadasına lisenziya qazanmış Mariya Stadnik (48 kq) və Yuliya Ratkeviç (55 kq) qızıl medal qazanıb. Yığmamızın lideri olan İspaniya güləşçisi Stadnik Hekane Senası, Macaristanlı Mersedes Deneşi və Belarus Vanes Kolodzinskini məğlub edərək finala çıxıb. Həlledici görüşdə Polşalı Yulit Omelyusiki də məğlubiyyətə uğradaraq turnirin qalibi olub. Ratkeviç isə Natalya Mosloputsko (Belarus), Karlina Veçerçi (Polşa), Sara Dakol (İtaliya) və Nadya Mixalkova (Belarus) üzərində qələbə qazanaraq turnirin baş mükafatına layiq görülüb. Patimat Baqomedovaya (51 kq) da startda almaniyalı Hine Hemmerə məğlub olub. Bürünc medal uğrunda görüşdə fransalı Marion Şatonla qarşılaşan Patimat ona qalib gəlməklə üçüncü yerin sahibi olub.
Aygün İlqarqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB