Vıstropova Olimpiadaya vəsiqə qazanıb

Vıstropova Olimpiadaya vəsiqə qazanıb

Azərbaycan idmançıları London Olimpiadasına 52-ci lisenziyanı qazanıblar. Boks Federasiyasından Siasport.az saytına verilən xəbərə görə, Çin Xalq Respublikasının Quançjou şəhərində keçirilən boks üzrə qadınlar arasında dünya çempionatında Yelena Vıstropova planetin ən böyük yarışında iştirak etmək hüququ qazanıb. 75 kq çəki dərəcəsində mübarizə aparan boksçumuz yarımfinalda İsveç nümayəndəsi Anna Laurellə üz-üzə gəlib. Gərgin mübarizə şəraitində keçən döyüşdə milli komandamızın üzvü 16:15 hesabı ilə qələbə qazanıb. Sonuncu – 4-cü raundda boksçumuz rəqibini noqdauna salıb. Bu Azərbaycan dəri əlcək ustalarının artıq 8-ci lisenziyasıdır.

Qeyd edək ki, buna qədər kişilərdən ibarət Azərbaycan milli komandasının üzvləri London Olimpiadasına 7 vəsiqə əldə etmişdilər.

Bütün xəbərlər Facebook səhifəmizdə