"Qalatasaray"ı Fatih Terim idarə edir?

"Qalatasaray"ı Fatih Terim idarə edir?
Dünən "Kanal D" televiziyasında "Qalatasaray" prezidenti Ünal Aysal və "Fənərbaxça"nın vitse prezidenti Nihat Özdemir arasında canlı yayımda qarşıdurma yaranıb. Siasport.az saytı xəbər verir ki, hər iki klub rəhbərliyi, əsasən son final qarşılaşmasında baş verənlərlə bağlı bir-birinə qarşı ittihamlar irəli sürüblər. Ü.Aysal, "Fənərbaxça" azarkeşlərinin, final qarşılaşmasından sonrakı hərəkətlərini kəskin şəkildə tənqid edərək, bunun bir futbol terroru olduğunu açıqlayıb. N.Özdemir isə, hazırkı "Qalatasaray" klubunun Ü.Aysal tərəfindən deyil, baş məşqçi Fatih Terim tərəfindən idarə olunduğunu deyərək, "Qalatasaray" prezidentinin komandanın formal rəhbəri olduğunu iddia edib.

Bütün xəbərlər Facebook səhifəmizdə