Heydər Əliyev adına İdman Konsert Kompleksində kişilər arasında XIX Azərbaycan çempionatının (Yüksək liqa) final mərhələsinin oyunları keçirilib. Siasport.az saytının məlumatına görə, ilk qarşılaşmada \"Çağ Öyrətim\" \"NTL-Tudor\" komandasıyla qarşılaşıb. Bütün mövsüm boyu inamlı oyun nümayış etdirən \"NTL-Tudor\" 75 : 56 hesabı ilə qələbə qazanaraq Yüksək liqanın debütantına üçüncü yeri təmin edib.
Məlumat üçün bildirək ki, daha sonra olduqca gərgin keçən \"Araz\" Naxçıvanla \"Qala\"nın ikinci qarşılaşmasında \"Qala\" əzmkar oyun sərgiləyərək son 3 ildə \"Araz\" üzərində ilk revanşına nail olub 83 : 79. Üç qələbəyədək davam edən final seriyasında hesab hələlik bərabərdir (1:1).
Xatırladaq ki, növbəti oyun mayın 12-də, saat 14:00-da "Araz" Naxçıvan – "Qala" BK arasında keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB