Lukaş Podolski \"Arsenal\"da nə qədər qazanacaq?

Lukaş Podolski \"Arsenal\"da nə qədər qazanacaq?
Bir neçə gün bundan əvvəl İngiltərənin \"Arsenal\" futbol klubuna transfer olunan Almaniya milli komandasının üzvü Lukaş Podolskinin \"topçular\"da nə qədər qazanacağı həm alman, həm də ingilis mətbuatında ciddi müzakirə obyektivinə çevrilib. Siasport.az saytı xəbər verir ki, nə \"Köln\"dən, nə də \"Arsenal\"dan polyak əsilli futbolçunun qazancı barədə heç bir açıqlama verilməməsi, mətbuatda bu cür müzakirələrin baş alıb getməsinə səbəb olub. Hər iki ölkə mətbuatını daha çox L,Podolskinin gələcək komandasında nə qədər qazanacağı daha çox maraqlandırır. \"The Sun\" qəzeti isə iddia edir ki, məhz futbolçunun xahişi ilə \"topçular\" onun gəliri barədə mətbuata heç bir açıqlama vermirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə