Xose Qvardiola "Barselona"nı tərk edir!

Xose Qvardiola "Barselona"nı tərk edir!
Xose Qvardiola artıq gələn mövsüm "Barselona"nın baş məşqçisi olmayacaq. Siasport.az saytı xəbər verir ki, 2008-ci ildən bəri "Barselona"nın sükanı arxasında olan və komandanı böyük uğurlara daşıyan bacarıqlı mütəxəssis, artıq komandanı tərk etməyə qərar verdiyini açıqlayıb.

"Röyters" agentliyi xəbər verir ki, bu barədə futbolçularını da məlumatlandıran X.Qvardiola, komanda rəhbərliyinə də qərarını açıqlayıb. X.Qvardiola, həddindən artıq yorulduğunu və uzun müddət istirahət etmək istədiyini dilə gətirib. O, gələn mövsümdən etibarən "Barselona"da qalmaq istəmədiyini də rəhbərliyin diqqətinə çatdırıb və komandanın yeni müqavilə imzalamaq təklifini qəbul etməyib. Xatırladaq ki, X.Qvardiolanın baş məşqçiliyi dövründə "Barselona" 2 dəfə UEFA Çempionlar Liqasını, 3 dəfə İspaniya çempionluğunu qazanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə