“Qarabağ” komandası “Bakı”ya qarşı hazırlıqlarını davam etdirir

“Qarabağ” komandası “Bakı”ya qarşı hazırlıqlarını davam etdirir
"Qarabağ" komandası Ağdama yollanıb. Siasport.az idman portalının məlumatına görə, bazar günü Quzanlıda Unibank Premyer Liqasının XXIX turu çərçivəsində "Bakı"nı qəbul edəcək Ağdam təmsilçisi artıq ilk məşqinə çıxıb.Bu gün isə "Qarabağ" sonuncu məşqini Quzanlıda edəcək.

Xatırladaq ki, "Qarabağ"- "Bakı" oyunu Aprelin 22-si Quzanlı qəsəbə stadionunda baş tutacaq. Qarşılaşmanın start fiti saat 16:00-da veriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə