Ağdamın "Qarabağ" klubu "Qəbələ" ilə oyunun hazırlıqlarını davam etdirir. Siasport.az saytının məlumatına görə, Unibank Premyer Liqasının final mərhələsinin 6-cı turunda "Qəbələ"nin qonağı olacaq komanda məşqə çıxıb.
Məlumat üçün bildirək ki, "Qarabağ" məşqini Mərdəkandakı "Dalğa-Arena"da keçirib. Komandanın baş məşqçisi Qurban Qurbanov "pro" kateqoriyalı məşqçi kurslarına qatılsa da çalışmalarda iştirak edib.
Qeyd edək ki, Ağdam təmsilçisi sabah Qəbələyə yollanacaq. "Qəbələ" – "Qarabağ" matçı isə Aprelin 14-ü saat 16:00-da baş tutacaq
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB