Maksim Medvedev: “Belə çətin oyunda qələbə qazanmaq istəyirdik”

Maksim Medvedev: “Belə çətin oyunda qələbə qazanmaq istəyirdik”

"Qarabağ" Unibank Premyer Liqasının sonuncu turunda "İnter"lə bərabərliyə razılaşdı. Siasport.az saytının məlumatına görə, oyun gərgin məcrada davam etsə də, 75-ci dəqiqədə künc zərbəsi zamanı hücuma qoşulan Maksim Medvedev hesabı açdı. Bu cari mövsümə kimi rəsmi oyunlarda qol sevinci yaşamayan 22 yaşlı müdafiəçinin premyer liqada son 3 oyunda 2-ci qolu oldu. Müdafiəçi klubun rəsmi internet saytına son oyun haqda fikirlərini bildirib: "İnter" mübarizəyə üstünlük verən futbol nümayiş etdirir. Müəyyən bir sistemləri var, ondan kənara çıxmırlar. Biz qol vurduqdan sonra daha yaxşı oynamağa başladıq. Əfran və Raufla qola yaxın olduq. Hər şeyin bitdiyi anda `İnter` hesabı bərabərləşdirdi. Təbii ki, belə çətin oyunda qələbə qazanmaq istəyirdik. Üstəlik, belə məqamda 3 xalı vermək heç yaxşı olmadı. Amma qarşıda 5 oyun var. Üstəlik, kubokun da yarımfinalındayıq. Sona qədər mübarizə aparacağıq".

Bütün xəbərlər Facebook səhifəmizdə