"Arsenal" "Mançester Siti"nin "dərsini verdi!"

"Arsenal" "Mançester Siti"nin "dərsini verdi!"
İngiltərə Premyer Liqasının 32-ci turu çətçivəsində London "Arsenal"ının qonağı olan "Manaçester Siti", meydanı məğlubiyyətlə başa vurub. Siasport.az saytı xəbər verir ki, meydan sahibləri Mikel Artetanın qolu ilə rəqibini 1:0 hesabı ilə məğlub ediblər. Premyer Liqanın hazırkı lideri olan "Mançester Yunayted" isə, əzəli rəqibinin bu məğlubiyyətindən maksimum yararlanıb. Belə ki, "Kvins Park Reyncers"i qəbul edən "qırmızı şeytanlar", zəif rəqibləri üzərində 2:0 hesablı qələbə qazanıblar. "Liverpul" isə "Aston Villa" ilə bacarmayıb. Tərəflər hərəyə bir dəfə fərqlənərək, meydanı bir xalla tərk ediblər.


"Suonsi" - "Nyukasl" - 0:2
Qollar:
Sisse, 5 (0:1), 69 (0:2)

"Sanderlend" - "Tottenhem" - 0:0

"Bolton" - "Fulhem" - 0:3
Qollar:
Dempsey, 30 (0:1), 45 (0:2), Diarra, 80 (0:3)

"Çelsi" - "Uiqan" - 2:1
Qollar:
İvanoviç, 62 (1:0), Diame, 83 (1:1), Mata, 90 (2:1)

"Vest Bromviç" - "Bləkbörn" - 3:0
Qollar:
Ollson, 7-avtoqol (1:0), Forçun, 69 (2:0), Ridqevel, 85 (3:0)

"Norviç" - "Everton" - 2:2
Qollar:
Yelaviç, 22 (0:1), 61 (1:2), Houson, 39 (1:1), Holt, 77 (2:2)

"Liverpul" - "Aston Villa" - 1:1
Qollar:
Herd, 10 (0:1), Suarez, 82 (1:1)

"Stok Siti" - "Vulverhempton" - 2:1
Qollar:
Kaytli, 26 (0:1), Hut, 37 (1:1), Krauç, 61 (2:1)

"Mançester Yunayted" - "Kvins Park Reyncers" - 2:0
Qollar:
Runi, 15-pen (1:0), Skoulz, 68 (2:0)

"Arsenal" - "Mançester Siti" - 1:0
Qol:
Arteta, 87 (1:0)

Bütün xəbərlər Facebook səhifəmizdə